Hüseynov Bolqarıstanda vurduğu qolu əsgər salamı ilə qeyd edib
Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanda növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, futbolçumuzun formasını geyindiyi "Arda" 11-ci tur çərçivəsində səfərdə "Krumovqrad"ın qonağı olub.
Sevindirici haldır ki, Cəlal bu dəfə də 90 dəqiqə meydanda olub və komandasının inamlı qələbəsində böyük rol oynayıb.
20 yaşlı müdafiəçi 4-cü dəqiqə hesabı açaraq adını tabloya yazdırıb, komandası yekunda 3:1 hesablı qələbəni rəsmiləşdirib.
Krjali təmsilçisi bu qələbə sayəsində xal ehtiyatını 19-a çatdıraraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib.