"Şayiələr yayılıb ki, guya, Adrian Mutunu göndərmək istəyirik"

 "Şayiələr yayılıb ki, guya, Adrian Mutunu göndərmək istəyirik"

"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov komandanın baş məşqçisi Adrian Mutunun vəzifəsindən göndəriləcəyi iddiaları ilə bağlı açıqlama verib.

Mediasport.az xəbər verir ki, klub rəhbəri yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimində rumıniyalı mütəxəssisi sonadək dəstəkləyəcəklərini deyib:

"Şayiələr yayılıb ki, guya, Mutunu göndərmək istəyirik. Bu, yalandır. Mutunun fəlsəfəsinə inanırıq və sona qədər onu dəstəkləyəcəyik".

"Neftçi" Mutunun rəhbərliyi altında Premyer Liqada 10 turdan sonra 15 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.