Barış Şimşək hakimlərin performansından razı qalıb

Barış Şimşək hakimlərin performansından razı qalıb

"5-6 matçda məni çox məyus edən hakim səhvləri olsa da, ümumi performansımızı çox uğurlu hesab edirəm və razı qaldığımızı söyləyə bilərəm".

Mediasport.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək mövsümün ilk yarısında ədalət təmsilçilərinin işi barədə danışarkən deyib.

O, referilərin Premyer Liqada 90 oyunda, aşağı liqalar və ölkə kubokunun qarşılaşmalarında iş başında olduğunu xatırladıb:

"Təbii ki, hakimlikdə səhv qaçılmazdır. Mövsümün ikinci yarısında daha da yaxşı olmaq üçün çalışacağıq. Bunun üçün təlimlər və seminarlar təşkil edəcəyik".