"Qarabağ" rəsmisinə Avropa Klublar Birliyinin şurasında vəzifə verildi

"Qarabağ" rəsmisinə Avropa Klublar Birliyinin şurasında vəzifə verildi

"Qarabağ" klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasına üzv seçilib.

Mediasport.az xəbər verir bu barədə ECA-nın "X" sosial şəbəkə hesabında bildirilib.

Seçki qurumun Almaniyanın paytaxtı Berlində təşkil olunan Assambleyasında baş tutub. Əsgərov bunadək 2017-ci ildən işçi qrupunun üzvü, 2019-cu ildən isə katibi olub.

O, beynəlxalq futbol qurumlarının rəhbərliyində və qərarverici orqanında təmsil olunan ilk azərbaycanlıdır. 2008-ci ildə yaradılmış ECA UEFA tərəfindən tanınan yeganə klub təşkilatıdır.

Qurum qitədə klubların maraqlarını müdafiə edir, millilərin oyun təqvimindən avrokuboklaradək bir çox önəmli məsələlərdə UEFA ECA-nın tövsiyələrini nəzərə almaqla fəaliyyətini qurur.

ECA-nın hazırki rəhbəri PSJ-nin sahibi Nasir Əl-Xəlaifidir. İcraiyyə Komitəsinə üzv seçilənlər arasında əfsanəvi portuqaliyalı Ruy Koşta, türk iş adamı Ali Koç və digər tanınmış simalar var.

Berlindəki Baş Assambleyada ölkəmizi 1 əsas və 3 assosiativ üzv təmsil edir. Bunlar Asif Əsgərovdan başqa "Neftçi", "Qəbələ" və "Sumqayıt" klublarından Fərrux Mahmudov, Nail Kərimov və Riad Rəfiyevdir.