Batşuayi “Fənərbağça”da qaldı
“Nottingem Forest”lə müqavilə bağlaması gözlənilən "Fənərbağça"nın hücumçusu Mişi Batşuayinin transferi baş tutmayıb.
Mediasport.az xəbər verir ki, belçikalı forvardın İngiltərə təmsilçisinə keçidində problem yaşanıb.
Karyerasını İstanbul nəhəngində davam etdirəcək futbolçu bununla bağlı post paylaşıb: "Dəstəyiniz üçün təşəkkür edirəm. Məni tanıyırsınız, bu forma üçün hər zaman əlimdən gələni edirəm. Yola davam edirik".
Ötən mövsüm Türkiyə klubunun heyətində 32 oyun keçirmiş 29 yaşlı futbolçu 20 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.