Şotlandlar Emrelinin komandasının anti-rekordunu yenilədilər
"Reyncers" Çempionlar Liqasının antirekordunu yeniləyib.
mediasport.az xəbər verir ki, Şotlandiya təmsilçisi qrup mərhələsində daha çox qol buraxmaqla yadda qalıb.
Son turda "Ayaks"a 1:3 hesabı ilə uduzan Qlazqo klubu 6 oyunda qapısında 22 top görüb, cəmi 2 qol vuraraq turniri -20 top fərqi ilə başa vurub.
Əvvəlki antirekord Mahir Emrelinin heyətində çıxış etdiyi "Dinamo"ya (Zaqreb) məxsus idi. Xorvatiya komandası da 2011/2012-ci illər mövsümündə 22 top buraxmışdı, lakin 3 qol vurmaqla.