AVRO-2024: Türkiyə Niderlandla 1/4 final matçına itkilərlə çıxacaq

  AVRO-2024: Türkiyə Niderlandla 1/4 final matçına itkilərlə çıxacaq

Türkiyə millisi AVRO-2024-ün 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşmaya itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, "ay-ulduzlular"ın heyətində yarımmüdafiəçilər İsmail Yüksek və Orkun Kökçü komandaya kömək edə bilməyəcək.

Hər iki oyunçu Avstriya ilə oyunda sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Niderland - Türkiyə matçı iyulun 6-da, Bakı vaxtilə saat 23:00-da baş tutacaq.