Onlar Azərbaycanı Avropa Gimnastikasında təmsil edəcəklər

Onlar Azərbaycanı Avropa Gimnastikasında təmsil edəcəklər

Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq. Bu barədə qərar Portuqaliyanın Albufeyra şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu konqresində qəbul edilib.

mediasport.az xəbər verir ki, Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyova isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə qəbul olunublar.

Ötən il AGF-in idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.