Yassin Benzia Azərbaycanda 568 günlük göstəricini təkrarlayıb
“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan çempionatlarında 568 günlük göstəricini təkrarlayıb.
Mediasport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Premyer Liqanın XII turunda “Kəpəz”lə oyunda (7:1) bir hissə ərzində 3 qol vuraraq buna nail olub.
Bir qarşılaşmada fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub. 2021/2022 mövsümündə İbrahima Vaci bunu bacarıb. O, 2022-ci il aprelin 15-də reallaşan “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb.
Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də “Turan Tovuz”un “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiyi görüşdə Runi Eva bakılıların qapısına üç qol vurub.