Milli komandamız bu axşam Moldova yığması ilə qarşılaşacaq

Milli komandamız bu axşam Moldova yığması ilə qarşılaşacaq

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində növbəti matçına çıxacaq.

Mediasport.az xəbər verir ki, komandamız meydan sahiblərinin U-19 kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtilə saat 20:30-da başlanacaq.

Millimiz turnirdə bunadək Türkiyənin U-20 komandasına 0:5 hesabı ilə məğlub olub, Qazaxıstandan olan həmyaşıdlarına isə qalib gəlib - 2:0.