"Qarabağ"ın rəqibi "Sportinq"i üstələyərək finala çıxıb - VİDEO

"Qarabağ"ın rəqibi "Sportinq"i üstələyərək finala çıxıb - VİDEO

Portuqaliya liqa kubokunda yarımfinal görüşlərinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk matçda "Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa" "Sportinq"lə qarşılaşıb (1:0).

Nəticədə, onlar turnirin final mərhələsinə vəsiqə qazanıblar.

Sabah baş tutacaq yarımfinal görüşündə "Benfika" və "Eştoril" üz-üzə gələcəklər.

"Köhlən atlar"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü bir həftə sonra Bakıda olacaq.