Transferlərə ən çox pul xərcləyən klublar hansılardır? - SİYAHI

Transferlərə ən çox pul xərcləyən klublar hansılardır? - SİYAHI

Bu yay transferlərə ən çox pul xərcləyən klubların siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, sıralamanı məşhur "Transfermarkt" portalı tərtib edib.

Ən çox pul xərcləyən komanda "Çelsi"dir. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu 2-ci, PSJ 3-cü pillədə qərarlaşıb.

Transfer mövsümünü aktiv keçirən Səudiyyə Ərəbistanının siyahıda daha 2 komandası yer alıb.


1."Çelsi" (İngiltərə) - 464 milyon avro

2."Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 353 milyon avro

3.PSJ (Fransa) - 350 milyon avro

4."Tottenhem" (İngiltərə) - 249 milyon avro

5."Mançester Siti" (İngiltərə) - 241 milyon avro

6."Arsenal" (İngiltərə) - 235 milyon avro

7."Mançester Yunayted" (İngiltərə) - 207 milyon avro

8."Əl-Əhli" (Səudiyyə Ərəbistanı) - 194 milyon avro

9."Liverpul" (İngiltərə) - 172 milyon avro

10."Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) - 165 milyon avro