"Zirə" evdə "Sumqayıt"ı məğlub edib - Premyer Liqada 6-cı tur

"Zirə" evdə "Sumqayıt"ı məğlub edib - Premyer Liqada 6-cı tur

Milli komandaların görüşlərinə görə yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqası qaldığı yerdən davam edir.

Mediasport.az xəbər verir ki, liqada 6-cı tura bu gün keçirilən 1 matçla start verilib.

Premyer Liqanın lideri "Zirə" eyniadlı qəsəbədə "Sumqayıt"la qarşılaşıb.

Bu komandalar indiyə qədər ölkə çempionatlarında 31 dəfə görüşüblər - 17 qələbə "qartallar", 6-sı isə "gənclik şəhəri" təmsilçisinin aktivinə yazılıb. 8 görüşdə "sülh" olub.

Budəfəki dueli aktivinə yazan Rəşad Sadıqovun komandası liderliyini bir qədər möhkəmləndirib.

Turun qalan oyunları sabah və birigün baş tutacaq.


Azərbaycan Premyer Liqası, 6-cı tur


 “Zirə” – “Sumqayıt” 1:0

Qol: Məqsəd İsayev, 45+1.

Qırmızı vərəqə: Pyer Zebli, 10.

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Zirə İdman Kompleksinin stadionu