"Mənimçün əsas problem çox oyun şansı qazana bilməməyimdir"

"Mənimçün əsas problem çox oyun şansı qazana bilməməyimdir"

"Qarabağ"ın futbolçusu Redon Cica Albaniya mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, alban forvard bu mövsüm az oynadığı üçün işlərinin istədiyi kimi getmədiyini vurğulayıb.

26 yaşlı hücumçu Ağdam klubunda əsasən ehtiyatda qalması barədə bunları deyib:

"Hazırda mənimçün əsas problem çox oyun şansı qazana bilməməyimdir. Düzünü desəm, baş məşqçi ilə bu barədə fikir mübadiləsi aparmaq üçün cəhd göstərməmişəm. Onun qərarlarına hörmətlə yanaşıram. Bu, mənim işimdir. İşimi görməli və məşqlərimə davam etməliyəm”.

Azərbaycan Premyer Liqasının 11-ci turunun "Şamaxı" ilə ev görüşündə fərqlənən (3:0) Cica təəssüratlarını bölüşüb:

“Qol vurmaq hər bir futbolçu üçün böyük zövq verir. Hazırda turnir cədvəlinə başçılıq edirik. Liderliyimizi sonadək qorumağa çalışacağıq”.

Qeyd edək ki, Redon Cica bu mövsüm “Qarabağ”ın heyətində 7 oyunda 3 qolla yadda qalıb.