"Sumqayıt" mövsümdə öz rekordunu təkrarladı, yenə də 1:0

"Sumqayıt" mövsümdə öz rekordunu təkrarladı, yenə də 1:0

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Mediasport.az xəbər verir ki, bu, 36-cı turun “Sumqayıt” - “Qəbələ” matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 azarkeş izləyib.

Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. 32-ci turun “Sumqayıt” - “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.

Aprelin 28-də keçirilən matç eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.