DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atıldı

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atıldı

2026-cı ildə tarixdə ilk dəfə 3 ölkədə - Kanada, Meksika və ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Mediasport.az xəbər verir ki, tədbir İsveçrənin Sürix şəhərində baş tutub.

Qruplardakı ilk komandaların adları Millətlər Liqasında pley-off mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

Seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.

Dörd və beş komandadan ibarət 12 qrupun birinciləri mundiala birbaşa vəsiqə əldə edəcəklər.

Qrup ikinciləri pley-offa yüksələcəksələr.

Dünya Kuboku tarixdə ilk dəfə 3 ölkədə -  və 48 komanda yarışacaq.


DÇ-2026. Avropa zonası seçmə qrup mərhələsi


A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq;

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo;

C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus;

D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan;

E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan;

F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, Macarıstan, İrlandiya, Ermənistan;

G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta;

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino;

I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova;

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn;

K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra;

L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq.