Bosniyalı qapıçı Azərbaycan çempionuna transfer edildi - RƏSMİ
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirib.
MediaSport.az xəbər verir ki, Naxçıvan təmsilçisi bir müddətdir düşərgədə baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən Semir Bukviçlə anlaşıb.
Bosniya və herseqovinalı qapıçı ilə 1 illik müqavilə bağlanıb.
1.88 sm boya malik 32 yaşlı qolkiperin son klubu vətənində “Sloboda" (Tuzla) olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən qolkiper Polşada legioner həyatı yaşayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonu da heyətinə cəlb edib.