Azərbaycan çempionu iranlı forvardın keçidini rəsmiləşdirdi

 Azərbaycan çempionu iranlı forvardın keçidini rəsmiləşdirdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasının qalibi "Baku Sportinq" iranlı hücumçu Şahin Balicaninin transferini rəsmiləşdirib.

Ötən mövsümü Türkiyədə Birinci Liqa klubu "Tuzlaspor"da keçirmiş forvardla 1 illik müqavilə bağlanıb.

Xatırladaq ki, bakı təmsilçisi yeni mövsümdən 1-ci Liqada yarışacaq.

33 yaşlı balicani Ərdəbildə doğulub və “Malavan”, “Xəzər” (Bakı), “Sabah”, “Keşlə” (indiki “Şamaxı”), “Şahin Buşehr”, “Mes Novin”, “Golreyhan”, “Havadar”, “Navad Urmiya” (hamısı İran) klublarında oynayıb.

Mediasport.az saytı keçidlə bağlı iyulun 21-də xəbər paylaşmışdı - https://mediasport.az/azerbaycan-cempionu-turkiyeden-iranli-hucumcunu-transfer-etdi?fbclid=IwZXh0bgNhZW0CMTEAAR02KEXN3ywtODP2Qk_L6vFb5_nwS1y249msNcLmz7m1fAnn_tl9ucO3DP8_aem_qxVw_Hs203CbLlCSPvEm2A