Rüfət Dadaşov yenə qolla fərqləndi, komandası səfərdə qələbə qazandı

Rüfət Dadaşov yenə qolla fərqləndi, komandası səfərdə qələbə qazandı

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri çıxış etdikləri komandalarda növbəti oyunlarına çıxıblar.

Mediasport.az xəbər verir ki, Amil Yunanovun komandası "Biliş" Albaniya Superliqasının 10-cu turunda "Teuta"nı üstələyib.

Forvardın adı iştirak ərizəsinə daxil edilməyib. Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" "Dinamo" (Tirana) ilə heç-heçə edib.

Zamiq oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

27 yaşlı forvard Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" "Reqensburq"u 8:3 hesabı ilə məğlub edib.

Millimizin hücumçusu bu görüşdə vurulan qollardan birinin müəllifi olub.

Emil Mustafayevli "Polessye" "Kolos"la "sülh"ə razılaşıb.

Azərbaycanlı oyunçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Cəlal Hüseynovlu "Arda" Bolqarıstan Parva Liqasında "Septemvri"ni məğlub edib.

Gənc müdafiəçi oyuna 66-cı dəqiqədə daxil olub.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) səfərdə "Eylenburq"dan üstün olub.

Dadaşov 29-cu dəqiqədə komandasının ilk qolunu vurub.

Bu gün daha 2 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası "Radomyak" "Lex"in qonağı olacaq.

"Ankaragücü" evdə "Kocaelispor"u qəbul edəcək. Renat Dadaşov zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

25 oktyabr

Bolqarıstan Parva Liqası. 9-cu tur

"Arda" - "Septemvri" 2:1

Albaniya Superliqası. 10-cu tur

"Biliş" - "Teuta" 4:0

"Eqnatia" - "Dinamo" (Tirana) 1:1

Ukrayna Premyer Liqası. 11-ci tur

"Polessye" - "Kolos" 1:1

Almaniya Şimal-Şərq Regional Liqası. 13-cü tur

"Eylenburq" - "Dinamo" (Berlin) 1:2

Almaniya 2-ci Bundesliqası. 11-ci tur

"Nürnberq" - "Reqensburq"  8:3

26 oktyabr

Türkiyə 1-ci Liqası. 10-cu tur

20:00 "Ankaragücü" - "Kocaelispor"

Polşa Ekstraklasası. 13-cü tur

22:15 "Lex" - "Radomyak"