Braziliya - İran oyununu İnqilab Məmmədov idarə edəcək

Braziliya - İran oyununu İnqilab Məmmədov idarə edəcək

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirinin bu gün final oyunu keçiriləcək. 

mediasport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq final qarşılaşmasında Braziliya və İran komandaları üz-üzə gələcək.

Görüşün baş hakimi Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov olacaq.