Futbolçularımızın yoxlama matçı üçün rəqibləri müəyyənləşib

Futbolçularımızın yoxlama matçı üçün rəqibləri müəyyənləşib

Minifutbol üzrə Azərbaycan millisinin DÇ-2023-ün final mərhələsinə hazırlıq çərçivəsində Türkiyənin Bələk bölgəsində toplanışı start götürüb.

Mediasport.az xəbər verir ki, oktyabrın 7-dək davam edəcək toplanışda 3 yoxlama matçı keçirməyi planlaşdıran komandamızın ilk rəqibi Türkiyə seçməsi olacaq.

Digər sparrinqlər hələlik müəyyənləşməsə də, Birləşmiş Ərəb Əmirliklərində qarşılaşacağı kollektivlər məlum olub. Futbolçularımız oktyabrın 24-də BƏƏ, 25-də isə Slovakiya yığmaları ilə üz-üzə gələcəklər.

DÇ-2023-ün G qrupunda yer alan komandamızın rəqibləri İraq, Misir və Tunis milliləri olacaqlar. İlk görüşümüzü oktyabrın 27-də İraqa qarşı keçirəcəyik.