Braziliyalının maşını aşaraq yandı, canını son anda xilas edə bildi

Braziliyalının maşını aşaraq yandı, canını son anda xilas edə bildi

"Udineze"nin yarımmüdafiəçisi Uolos İtaliyada dəhşətli avtomobil qəzası keçirib.

mediasport.az xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu “Audi Rs6” markalı avtomobili ilə axşam saatlarında hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə 110 min dollar dəyəri olan avtomobil aşaraq yanmağa başlayıb. Sayıqlığı itirməyən Uolos özünü bayıra çıxara bilib. Yüngül xəsarətlər alan futbolçu reanimasiyaya yerləşdirilib.