ARDNŞ prezidenti "Neftçi" rəhbərliyi, Regekampf və Eminlə futbol oynadı

ARDNŞ prezidenti "Neftçi" rəhbərliyi, Regekampf və Eminlə futbol oynadı

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövşən Nəcəf və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun iştirakı ilə Neftçilər Günü və “Neftçi”nin 85 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçirilib.

MediaSport.az xəbər verir ki, Neft Daşlarında keçirilən mini futbol turnirində “Neftçi”nin prezidenti Kamran Quliyev, klubun baş məşqçisi Laurentsiu Regekampf, kapitan Emin Mahmudov da iştirak edib.

Matçı FİFA referisi Əliyar Ağayev idarə edib.