Qurban Qurbanova həsr edilən filmin təqdimat mərasimi keçirilib

 Qurban Qurbanova həsr edilən filmin təqdimat mərasimi keçirilib

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən “Stadionlar səssiz qalanda” filminin təqdimat mərasimi keçirilib. 

Mediasport.az xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyevdən savayı, ölkənin ən üzdə olan futbol adamları, digər idman növləri üzrə dünya və Avropa çempionları, olimpiadalarım mükafatçıları, həmçinin məşhur aktyorlar iştirak ediblər.

Filmdə Qurban Qurbanovun həyatından, uşaqlıq illərində futbola sevgisindən bəhs edilib. Onun məşqçilik karyerasındakı uğurları barədə kadrlar yer alıb.

Ekran işi Gənclər və İdman Nazirliyinin sifarişi ilə çəkilib.