Bu futbolçu həbs edildi!

Bu futbolçu həbs edildi!

Rusiyanın "Rubin", "Arsenal" (Tula) və "Mordoviya" klublarında forma geyinmiş Ruslan Muxametşin həbs edilib.

MediaSport.az məşqçi işləyən Muxametşin qanunsuz qumar oyunlarının təşkilinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq müəyyən edib ki, veteran futbolçu 3 şəriki ilə birlikdə 2017-ci ilin noyabrından 2020-ci ilədək Kovılkine və Saransk şəhərlərində icarəyə götürülmüş qeyri-yaşayış binasında qanunsuz qumar oyunları həyata keçirib. 

Muxametşin son olaraq "Everest" klubunu çalışdırırdı.