Bu il azad agent statusu alacaq oyunçuların rəmzi "11-liy"i

Bu il azad agent statusu alacaq oyunçuların rəmzi "11-liy"i

"Score 90" nəşri 2024-cü ildə azad agent statusu alacaq futbolçulardan ibarət simvolik "11-lik" tərtib edib.

Mediasport.az xəbər verir ki, rəmzi komandada "Real"dan 4, PSJ-dən 2, "Mançester Yunayted", "Liverpul", "Yuventus", "Roma" və "Atletiko"dan 1 futbolçu yer alıb.


2024-cü ildə sərbəst qalacaq futbolçuların "11-liy"i


Qapıçı: Keylor Navas (PSJ);

Müdafiəçilər: Leonardo Spinatsola ("Roma"), Mario Hermoso ("Atletiko"), Naço Fernandes, Lukas Vaskes (hər ikisi "Real");

Yarımmüdafiəçilər: Tyaqo Alkantara ("Liverpul"), Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Adrien Rabyö ("Yuventus");

Hücumçular: Kilian Mbappe (PSJ), Antoni Marsial ("Mançester Yunayted").