Qrup mərhələsi yekunlaşır - 1/8-ə daha 4 vəsiqənin sahibi rəsmiləşəcək

Qrup mərhələsi yekunlaşır -  1/8-ə daha 4 vəsiqənin sahibi rəsmiləşəcək

Qətərdə keçirilən 22-ci Dünya Kubokunda bu axşam qrup oyunlarına yekun vurulacaq.

mediasport.az xəbər verir ki, G və H qruplarında keçiriləcək daha 4 qarşılaşma ilə 1/8 finalın bütün iştirakçları rəsmiləşəcək.

G qrupundan pley-offa çıxmasını vaxtından əvvəl təmin etmiş 5-qat Dünya çempionu Braziliya millisindən fərqli, rəqib Kamerun yığması mütləq qələbə qazanmalı və paralel keçiriləcək Serbiya - İsveçrə görüşünün nəticəsini gözləməlidir. "Sambaçılar"ın yol yoldaşı kimi, bu qrupda yer alan digər üç komandanın hər birinin 1/8 şansı son ana qədər davam edəcək.

H qrupunda da təxminən oxşar vəziyyət yaşanır. Lider Portuqaliya pley-off məsələsini vaxtından əvvəl həll edib deyə, Cənubi Koreya ilə matça o qədər ciddi yanaşmayacaq. Ən azı 1/8 final üçün gücünü qorumağa çalışacaq. Pireneylilərin rəqibi olacaq asiyalılar isə mütləq qalib gəlməli və gözlərini paralel oynanılacaq Qana - Uruqvay duelinin nəticəsinə dikməli olacaqlar.


Dünya Kuboku-2022. Final mərhələsi. 3-cü tur


G qrupu

23:00 Kamerun - Braziliya

23:00 Serbiya - İsveçrə

Xallar: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.


H qrupu

19:00 Qana - Uruqvay

19:00 Cənubi Koreya - Portuqaliya

Xallar: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.


QEYD: Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları rəsmən 1/8 finala vəsiqə qazanıblar.