Asiya Kubokunda 1/4 finalın bütün cütləri müəyyənləşib

Asiya Kubokunda 1/4 finalın bütün cütləri müəyyənləşib

Asiya Kuboku turnirində 1/8 final mərhələsinin oyunları başa çatıb.

Mediasport.az xəbər verir ki, 1/4 finalın sonuncu iştirakçıları Yaponiya və İran olub.

Həmin milli komandalar müvafiq olaraq, Bəhreyni (3:1) və Suriyanı (1:1, penaltilər - 5:3) mübarizədən kənarlaşdırıblar.

Bununla da artıq 1/4 finalın bütün cütləri müəyyənləşib.

Asiya Kuboku. 1/4 final

2 fevral

15:30 Tacikistan - İordaniya

19:30 Avstraliya - Cənubi Koreya

3 fevral

15:30 İran - Yaponiya

19:30 Qətər - Özbəkistan