Bu komanda 29 ildən sonra Superliqa çempionu oldu - VİDEO
Futbol üzrə Braziliya A Seriyasında 2024-cü ilin çempionunun kimliyi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, "Botafoqo" 29 ildən sonra ölkə birinciliyində qızıl medalları qazanıb.
Artur Jorjenin baş məşqçisi olduğu kollektiv 38-ci turda "Sau-Paulu"nu 2:1 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
"Botafoqo" ən yaxın izləyicisi "Palmeyras"ı 6 xal qabaqlayıb, "Flamenqu" 70 xalla 3-cü olub.
Xatırladaq ki, tarixində 3-cü dəfə Braziliya çempionu olan Botafoqo təmsilçisi daha əvvəl 1968 və 1995-ci illərdə baş mükafatı əldə edib.