Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün ilk püşkü atıldı
Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün ilk püşkü atılıb.
mediasport.az xəbər verir ki, püşkatma mərasimi qurumun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Birinci mərhələnin yarımfinal cütlərindən Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost”u ilə, San Marinonun “Tre Penne” komandası isə İslandiya təmsilçisi “Breydablik”lə qarşılaşacaq.
Raundun matçları iyunun 27-də, final oyunu iyunun 30-da keçiriləcək. Qalib komanda I təsnifat mərhələsinə çıxacaq və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.
Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.