"Bu komandada oynadığım üçün qürur duyuram" - Olavio Juninyo

 "Bu komandada oynadığım üçün qürur duyuram" - Olavio Juninyo

"Çox maraqlı oyun oldu. Xüsusilə buraxdığımız ikinci qola görə çox məyus oldum".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın hücumçusu Olavio Juninyo deyib.

Braziliyalı forvard UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Bayer"lə səfərdə keçirilən görüşdən sonra "CBC Sport"a açıqlama verib.

Ağdam klubunun aparıcı futbolçusu 2:3 hesablı məğlubiyyət haqda fikirlərini bölüşüb:

"Bayer"in gücü hər kəsə məlumdur. Qırmızı vərəqə aldığımız epiozdda da bəxtsizlik yaşadıq. Bu da oyuna təsir etdi. Belə matçlarda sona qədər meydanda olmaq istəyirsən. Ona görə oynamaq istəyirdim. Klubda gələcək taleyimin necə olacağını isə zaman göstərər. "Qarabağ"da xoşbəxtəm. Bu komandada oynadığım üçün qürur duyuram. Amma mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər".