"Turan Tovuz"un futbolçusu Amerika Kubokunun 1/4 finalında
Futbol üzrə Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, 1/4 finala vəsiqə qazanan yığmalardan biri "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama kollektivi olub.
Qrupda yalnız lider Uruqvaya məğlub olan komanda ABŞ və Boliviya seçmələrini üstələyərək (2:1 və 3:1) 6 xalla adını pley-offa yazdırıb.
Tovuz təmsilçisinin futbolçusu hər 3 matçda 90 dəqiqə oynayıb.
Danimarkalı Tomas Kristiansenin baş məşqçisi olduğu komanda yarımfinal yolunda Kolumbiya millisi ilə qarşılaşacaq.
Görüş iyulun 7-də baş tutacaq.