"Premyer Liqa ilə birinci dəstə arasında böyük fərq var"
“Oyunu iki hissəyə bölərdim. İlk hissədə daha yaxşı oynadıq. Vaxt lazımdı. Səhvlərimizin üzərində işləyəcəyik. Bu gün qalib gəlsəydik, rəqibdən 6 xal aralanacaqdıq. Yola davam”.
mediasport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Səbail”lə heç-heçə etdikləri oyundan (2:2) sonra deyib.
“Biz çalışırıq ki, yaxşı nəticələr qazanaq. Çempionat başlayandan gücümüzü göstərməyə çalışmışıq. Yeni komandayıq. Mübarizə davam edir”.
Çalışdırıcı Premyer Liqaya dönüşlərini və Tovuzda böyük futbolun qayıdışı haqda bunları deyib:
“Premyer Liqa ilə birinci dəstə arasında böyük fərq var. Bizimlə bir neçə şirkət, müəssisə görüşmək istəyir. Vaxt olduqca onlarla görüşməyə çalışırıq”.