"Gent" İspaniyaya yollandı

"Gent" İspaniyaya yollandı

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Gent" qış təlim-məşq toplanışını İspaniyada keçirəcək.

mediasport.az xəbər verir ki, Belçika təmsilçisi hazırlıq üçün artıq Pireney yarımadasına yollanıb.

Valensiya vilayətindəki Oliva şəhərində bir həftə hazırlaşacaq kollektiv hazırlığın növbəti hissəsini Belçikada davam etdirəcək.

Tərəflər fevralın 16-da Bakıda, bir həftə sonra Gentdə üz-üzə gələcəklər.