Azərbaycan klubu zədələnən kapitanı ilə yollarını ayırdı

 Azərbaycan klubu zədələnən kapitanı ilə yollarını ayırdı

“Şəki” basketbol klubu kapitanı Kris Bartonla vidalaşıb.

Mediasport.az xəbər verir ki, buna ABŞ-dan olan oyunçunun Azərbaycan Basketbol Liqasının "Gəncə" ilə IV tur oyununda sağ ayaq topuğundan zədələnməsi səbəb olub.

Basketbolçu bu həftə əməliyyat olunub.

Uzun müddət oynaya bilməyəcəyindən, K.Bartonla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Bundan sonra komandanın yeni kapitanı Aleks Koldvell olacaq.