İslandiya yığmasının kapitanı Azərbaycana səfər haqda nə dedi?

İslandiya yığmasının kapitanı Azərbaycana səfər haqda nə dedi?

DÇ-2026-nın seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqiblərindən İslandiya millisinin kapitanı Yohann Berq Qudmundsson püşkatmanı dəyərləndirib.

Mediasport.az xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının "Əl Oruba" klubunda davam etdirən 34 yaşlı yarımmüdafiəçi çətin və maraqlı qrupa düşdüklərini deyib.

Təcrübəli futbolçu onları Azərbaycana uzun səfər gözlədiyini qeyd edib:

"Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları yaxşı tanıyacağıq. Qarşıda bizi ora uzun səfər gözləyir. Məqsədimiz final mərhələsinə vəsiqə qazanmaqdır".

Xatırladaq ki, Azərbaycan millisi D qrupunda Fransa/Xorvatiya cütünün qaliib, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq.