Miroslav Kloze Almaniya klubunun baş məşqçisi təyin edildi - RƏSMİ

Miroslav Kloze Almaniya klubunun baş məşqçisi təyin edildi - RƏSMİ

Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenin yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 2-ci Bundesliqa klubu "Nürnberq"in baş məşqçisi təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kloze daha əvvəl "Bavariya"nın gənclər və Avstriyanın “Altax” klubuna rəhbərlik edib.

Xatırladaq ki, Bundestimin heyətində 2014-cü ildə dünya çempionu olan sabiq forvard mundialların final mərhələrində ən çox qol (16) vuran futbolçudur.