Bu stadionda 2024-cü ilin sonuna qədər oyun keçirilməyəcək

Bu stadionda 2024-cü ilin sonuna qədər oyun keçirilməyəcək

2024-cü ilin sonuna qədər Bakı Olimpiya Stadionunda (BOS) oyun keçirilməyəcək.

Bu, noyabrda Bakıda keçiriləcək dünya səviyyəli COP29 tədbiri ilə əlaqədardır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) hazırlıq səbəbindən stadion ərazisində fəaliyyət göstərən bütün ofislər təşkilatçılar tərəfindən icarəyə götürülüb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir.

Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişlərə nail olmaqdır.

Mediasport.az