Portuqaliyalı futbolçu müsəlman oldu
Ötən ildən "Adana Dəmirspor"da çıxış edən portuqaliyalı futbolçu Kevin Rodriges dinini dəyişib.
mediasport.az xəbər verir ki, məlumatı 29 yaşlı sol cinah müdafiəçisi bölüşüb.
İslam dinini qəbul etdiyini açıqlayan pireneyli verdiyi qərardan çox xoşbəxt olduğunu deyib.
Portuqaliyanın əsas milli komandasında 3 dəfə forma geyinmiş Rodriges Superliqa təmsilçisinin heyətində 13 oyun keçirib, 2 qol vurub.