1/8 finalda qarşılaşacaq ilk cütlər müəyyənləşdi - Dünya çempionatı

1/8 finalda qarşılaşacaq ilk cütlər müəyyənləşdi - Dünya çempionatı

Yeni Zelandiya və Avstraliyanın birgə ev sahibliyi ilə keçirilən qadınlar arasında futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin ilk cütləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, İsveçrə və Norveç yığmaları A qrupunu müvafiq ardıcıllıqla 1-2-ci pillələrdə başa vurublar.

C qrupundan isə Yaponiya ilə İspaniya milliləri 1/8 finala vəsiqə qazanıblar.

Beləliklə, 1/8 finalda İsveçrə futbolçuları İspaniya, Yaponiya seçməsi isə Norveç komandası ilə qarşılaşacaq.

İyulun 20-də başlanan mundial avqustun 20-də yekunlaşacaq. 32 komandanın iştirak etdiyi yarışın final matçı Sidneydə keçiriləcək.