"Qarabağ"ın forvardı Çempionlar Liqasının yeganə bombardiridir
UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün geridə qalan təsnifat mərhələlərindən sonra bombardirlər siyahısında dəyişiklik baş verib.
Mediasport.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Olavio Juninyo 3 raundun ardından şəriksiz lider olub.
Ağdam klubunun braziliyalı forvardı 4 oyuna vurduğu qolların sayını 6-ya çatdırıb.
O, Cəbəllütariqin "Linkoln" klubu ilə görüşlərdə 4, Bolqarıstanın "Ludoqorets" kollektivi ilə matçlarda isə 2 dəfə fərqlənib.
"Sambaçı"nın 5 qolla ən yaxın izləyicisi - "Klaksvik"dən Arni Frederiksberq idi, Farer adaları təmsilçisi artıq yarışla vidalaşıb.