"Qarabağ" "Bayer"lə bərabərə qalıb
Tarix yazaraq UEFA Avropa Liqasında 1/8 finala vəsiqə qazanan "Qarabağ" bu gün daha bir unudulmaz-çətin sınağına çıxıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu ilk raund çərçivəsində Avropanın məğlubedilməz komandası "Bayer"i qəbul edib.
Azərbaycan çempionunun üstünlüyü ilə keçən matç heç-heçə bitib. Cavab görüşü gələn həftə Almaniyada olacaq.
Qeyd edək ki, cari mövsüm qrup mərhələsində "köhlən atlar"a rəqib olmuş Bundesliqanın lideri hər iki dueldə qalib gəlmişdi (5:1, 1:0).
UEFA Avropa Liqası. 1/8 final. İlk oyun
21:45. "Qarabağ" - "Bayer" (Almaniya) 2:2
Qollar: Yassin Benzia, 26, Olavio Juninyo, 45+2 - Virts, 70, Patrik Şik, 90+2.
Baş hakim: Benua Bastyen
Baş hakimin köməkçiləri: Hiçam Zakrani, Orelyen Bertomeu
Dördüncü hakim: Jeremi Pinyar
VAR: Benua Milo
AVAR: Erik Uottelye (hamısı Fransa)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.
"Bayer": 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Ta (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek.
Baş məşqçi: Xabi Alonso.