"Zirə" "Kəpəz"ə qarşı ev oyununu Respublika stadionunda keçirəcək

"Zirə" "Kəpəz"ə qarşı ev oyununu Respublika stadionunda keçirəcək

“Zirə” futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti ev oyununu doğma meydanda keçirməyəcək.

Mediasport.az xəbər verir ki, Zirə İdman Komplesinin ot örtüyü yararsız vəziyyətə düşüb.

Peşəkar Futbol Liqasına müraciət edən "qartallar" bu səbəbdən “Kəpəz”lə ev görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək üçün müsbət cavab alıb.

Qarşılaşma martın 16-da baş tutacaq.

Zirə İdman Kompleksinin stadionunun qazonunda əsaslı təmir və yeniləmə işləri aparılacaq.