Tahir Gözəl "Braqa" ilə oyundan əvvəl Qurban Qurbanovla görüşüb

Tahir Gözəl "Braqa" ilə oyundan əvvəl Qurban Qurbanovla görüşüb

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl Bakıda Portuqaliyanın "Braqa" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Mediasport.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Tahir Gözəl bu axşam baş tutacaq oyunda komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, qarşılaşma saat 21:45-də start götürəcək. Portuqaliyadakı görüşdə "Qarabağ" rəqibinə 4:2 hesabı ilə qalib gəlib.