Çempionluğu əldən verən "Borussiya" 5 futbolçu ilə yollarını ayırdı - SİYAHI

Çempionluğu əldən verən "Borussiya" 5 futbolçu ilə yollarını ayırdı - SİYAHI

Futbol üzrə Almaniya Bundesliqasında çempionluq şansından yararlana bilməyən "Borussiya" 5 futbolçu ilə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, Dortmund təmsilçisi müdafiəçilər Rafael Gerrero, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Dahud, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaunla vidalaşıb.

Qeyd edk ki, komanda Bundesliqanın son turunda "Mayns"la evdə 2:2 hesablı heç-heçədən sonra qızıl medalları "Bavariya"ya "hədiyyə" edib.