Zədəli oyunçulardan ibarət dəyəri 700 milyondan artıq rəmzi "11-lik"
Zədələndikləri üçün klub futbolunda komandalarına kömək edə bilməyən futbolçulardan ibarət simvolik "11-lik" açıqlanıb.
Mediasport.az xəbər verir ki, rəmzi heyətdə Avropanın TOP-5 liqalarından 4-də oynayan oyunçular yer alıb.
Komandanın ümumi dəyəri 753 milyon avrodur.
Zədəli futbolçulardan ibarət simvolik "11-lik"
Qapıçı: Mark-Andre Ter Ştegen ("Barselona)
Müdafiəçilər: Natan Ake ("Mançester Siti"), Corcio Skalvini ("Atalanta"), Leni Yoro ("Mançester Yunayted"), Ronald Arauxo ("Barselona")
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real"), Martin Odeqard ("Arsenal"), Rodri Hernandes ("Mançester Siti")
Hücumçular: Niko Uilyams ("Atletik"), Qonçalo Ramos (PSJ), Dani Olmo ("Barselona")