"Mançester Siti" Çempionlar Liqasından kənarlaşdırıla bilər
İngiltərənin “Mançester Siti” və ya İspaniyanın “Jirona” komandası növbəti mövsüm UEFA Çempionlar Liqasından kənarda qala bilər.
Mediasport.az xəbər verir ki, buna səbəb hər iki kluba eyni şirkətin sponsorluq etməsidir.
“City Football Group” bu klubların əsas səhmdarıdır. Şirkətin 100 faiz sahibi olduğu Mançester təmsilçisinə Avropa futbol təşkilatından xəbərdarlıq məktubu göndərilib.
Qeyd edilib ki, hər iki kollektivin ÇL-in qrupunda iştirakı üçün şirkət səhmlərini azaldıb 30 faizdən aşağı salmalıdır.
Əks halda bu komandalardan biri Avropa Liqasında mübarizə aparmalı olacaq.
Qeyd edək ki, kompaniya İspaniya təmsilçisinin səhmlərinin 47 faizinə sahibdir.