"Neftçi"nın qış planı

"Neftçi"nın qış planı

Premyer Liqa təmsilçisi "Neftçi" qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Mediasport.az xəbər verir ki, hazırlıq Antalya şəhərindəki Belek bölgəsində baş tutacaq.

2024-cü il yanvarın 4-dən 14-dək "Gloria Sport Arena"da məskunlaşacaq "ağ-qaralar" bu müddət ərzində 2 yoxlama matçı keçirəcək.

Hələlik oyunların təqvimi və rəqiblər bəlli deyil.

Xatırladaq ki, paytaxt təmsilçisi ölkə çempionatının turnir cədvəlində 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.