"Çətin aylar keçirdim, yenidən özümü göstərməkçün hər şey edəcəm"
Uzun müddətdir zədəli olan "Neftçi"nin futbolçuus Sezar Meza Kolli sağalaraq komanda ilə birgə məşqlərə başlayıb.
mediasport.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"ın Antalya toplanışında kollektiv məşqlərdə iştirak edir. Klub televiziyasına açıqlama verən 31 yaşlı futbolçu özünü yaxşı hiss etdiyini deyib:
“Çətin aylar keçirdim. Artıq bunlar geridə qaldı. Hazırda özümü yaxşı hiss edirəm. Komanda ilə birgə olduğuma görə xoşbəxtəm. "Neftçi"nin uğurları üçün əlimdən gələni edəcəyəm. Demək olar ki, komandanın bütün oyunlarını izləyirdim. Düzdür, kənardan izləmək bir az çətin idi. Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım. Yenidən özümü göstərmək üçün hər şey edəcəyəm".