Finalçılar müəyyənləşdi - AÇ-2023
Maltada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.
MediaSport.az xəbər verir ki, yarışın həlledici qarşılaşmasında Portuqaliya və İtaliya yığma komandaları üz-üzə gələcəklər.
Pireneylilər yarımfinalda Norveçi məğlub ediblər, apenninlilər isə İspaniya millisindən üstün olublar. Komandalar bu yarışda artıq bir dəfə - qrup mərhələsində qarşılaşıblar və Portuqaliya millisi İtaliya futbolçularına 5:1 hesabı ilə qalib gəlib.
Final oyunu iyulun 16-da “Nasyonal” stadionunda keçiriləcək.